Varıymış
Qonaq oldum Tovuz adlı mahala,Hər sinədə min bayatı varıymış.İndi bildim, bu torpaqda ellərinNə dövranı, nə həyatı varıymış.
Ağır ellər ustadıyla öyündü,Könlü sazın havasıyla döyündü.Şeirin tacı Bozalqanlı Söyündü,Şairlikdə əsli-zatı varıymış.
Aşıqları oxuyanda Nəcəfdən,Seçilmədi sözü dürdən, sədəfdən.Bir kəlməsi yayınmadı hədəfdən,Hər sözünün yeddi qatı varıymış.
Yaz eləyib ilin qarlı fəslini,Sənətiylə çox ucaldıb nəslini.Aşıq Mirzə yandıranda Əslini,Od-alovun çataçatı varıymış.
“Yurd yeri”ylə dolan yurdu, yuvanı,Dinlə burda meylin çəkən havanı.Özüm gördüm yüz yaşında cavanı,Xislətində polad qarı varıymış.
Ay Zəlimxan, qanadlansın şöhrətin,Qoy çox olsun bu torpağa hörmətin.Bil ki, burda şeirin, sözün, söhbətin,Mirzə kimi bir Xəyyatı varıymış!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-variymis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Mən çoxdan həsrətəm vüsalə, Təbriz.O ceyran baxışlı cəmalə, Təbriz.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
QumarxanaMəni düşündürürBu qəribə sirr.