Varsansa, bu dünyada
Yox demə heç bir zamanyaradanın varına,İnsan oğlu nə desə,hər şey löyün-löyün var.Gördüyün hər nə varsa,hamısı var deməkdi,Çəkməyə qayğıların,yaşamağa öyün var.Könül vermə şeytana,könül sirdaşım mənim,Uçmaq üçün qanadın,süzmək üçün göyün var.Heç nə yoxdur deyənlərqoy səni aldatmasın,Varsansa bu dünyada,dünyada hər şeyin var.
2001, 23 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-varsansa-bu-dunyada
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
DolanırKönül quşu yenə havalanıbdı,Qalxıb ərş üzünə tağı dolanır.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
GörmüşəmGözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm