Xeyir-dua ver, ana!
Uzun yola çıxmışam,yol uzaqdan uzaqdı,Yer var, bürkü, istilik,yer var, şaxta, sazaqdı,Xeyir-dua ver, ana!
Acı qatan olmasıniştahama, aşıma,Yandır üzərliyini, duzuçevir başıma.Bir xətər toxunmasınzehnimə, yaddaşıma,Xeyir-dua ver, ana!
Başın çəkib, bilirsənkarvan nədi, köç nədi,Bu karvanda, bu köçdəsavab nədi, suç nədi,Xeyir-duası yoxsa,keçən ömür heç nədi.Başı bəlalar çəkənbütün oğullar üçün,Qəriblərə yar üçünxeyir-dua ver, ana!
Dünyanın gözyaşıdıdizəcən batdığın su,Məni kövrək böyüdübgöz yaşı qatdığın su.
Ruhumuzu qorusunarxamca atdığın su,Dünyanın bu başındanözün yola sal məni.Dünyanın o başıdımən getdiyim yer, ana,Xeyir-dua ver, ana!Xeyir-dua ver, ana!2000, 8 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-xeyir-dua-ver-ana
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Canım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bir söylə görüm...Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?