Qəfil gələn sevinc nə gözəl olur
Özün də bilmirsən harda gizlənir,Çiçəyə bürünür, qarda gizlənir.Sanki göy durulur, yer təmizlənir,Qəfil gələn sevinc nə gözəl olur.
Yoluna göz dikib yorulmağın yox,Üzücü həsrətə yar olmağın yox.Qovrula-qovrula qor olmağın yox,Qəfil gələn sevinc nə gözəl olur.
Yada zəhməti yox, dosta minnəti,Heç kəsin fikrini soruşmaz qəti.Nə nağılı sevər, nə məsləhəti,Qəfil gələn sevinc nə gözəl olur.
İntizar ürəyi hey çəkir dara,Xəbər var, gəlmir ki, canın qurtara.Gəlişi muştuluq gətirir yara,Qəfil gələn sevinc nə gözəl olur.
Nə dan yeri duyur, nə sabah bilir,Nə insan eşidir, nə dərgah bilir.Onun gəlişini bir Allah bilir,Qəfil gələn sevinc nə gözəl olur.
Ruha sığal çəkib əsir meh kimi,Doğur işıq kimi, düşür şeh kimi.Taxtına qaldırır səni şah kimi,Qəfil gələn sevinc nə gözəl olur.
Ona can söylədim, mənə can dedi,Sevindi, sevgimə bir dastan dedi.Axır ki, bir gün də Zəlimxan dedi,Qəfil gələn sevinc nə gözəl olur.2000, 17 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qefil-gelen-sevinc-ne-gozel-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Allahım, mənə bir ağsaqqal yetir,Ona söylənəsi ağrım, acım var.
Qurtuluş dastanıDərya kimi çalxanır Bakı qanlar içində,Qasırğalar qaynaşır sərt tufanlar içində.
Azərbaycan oxusunBu gün mənim ürəyim Azərbaycan boydadır,Ürəyim Azərbaycan bütün cahan boydadırl
Azərbaycan oxusun!1994, dekabr*
Poems by other poets
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
AğlaramSeyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,