İlahi sevgilər
Qəlbində ocaq var, əlində od var,Mənə öz qəlbini, öz əlini ver.İlahi sevgidə ilahi dad var,Mənə sevgilərin gözəlini ver.
İlahi sevgilər coşar, çağlayar,Çayların səddinə, bəndinə baxmaz.Yalnız Allahına könül bağlayar,Qara keşişlərin fəndinə baxmaz.
İlahi sevgilər yaxar-yandırar,Ahından yer mələr, göy mələr, gözəl.Alovu göyləri işıqlandırar,Açılmaz yenə də düymələr, gözəl.
İlahi sevginin qanadları var,Yaranıb yüksəklər dərinlər üçün.Külüngə güvənən Fərhadları var,Süd arxı çəkdirər Şirinlər üçün.
İstəyim işıqlı, eşqim əbədi,Gözəlim, olmadım sevgidən dayaz.Məcnundu, Fərhaddı, Kərəmdi-nədi,Məni də onların cərgəsinə yaz!
İlahi sevgilər eşqə can verib,Özünü Allahda görənlərindi.Otuz doqquz dəfə imtahan verib,Qırxıncı qapıdan girənlərindi!2000, 21 aprel Altıağac
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ilahi-sevgiler
Use ← → keys to move, R for a random poem
More by this author
Qapını bağlaram dərdin üzünə,Könlümün nisgili, qəmi xoş gəlib.
Kərəm yalan oldu, mən gerçək oldumGəl gözüm işığı, gəl gözüm nuru,Dilim qabar oldu “göz” deyə-deyə.
Mən sənin qəlbinə necə yol tapımGəl mənim ömrümün şirin dünyası,Məhəbbət adlanan pirin dünyası,
Bir qız gözlərində Günəş doğurduDuyğular qəlbinə düşüb dən kimi,Sevgi çiçəkləri əkirdi bir qız.
Poems by other poets · Love
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
قمار عاشقان بردی ندارد از نداران پرسکس از دور فلک دستی نبرد از بدبیاران پرس
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,