Xoş tamaşa
Bu dağlar nə qədər ozan yaradıb,Hər sözü dillərdə bir dəftər gəzib.Sığınıb Allahın ucalığına,Hərə öz eşqinə bir səngər gəzib.
Məclisi məzəli, söhbəti şirin,Mətləbi müqəddəs, mənası dərin.Səsi Haqqa çatan ər kişilərinSözü dodaqlarda təzə-tər gəzib.
Zəlimxan, hər zirvə bəydi, paşadı,Adı nəğmələrə düşdü, yaşadı.“Xoşbulaq yaylağı xoş tamaşadı”, –Burda məndən əvvəl Ələsgər gəzib.
Daşkəsən, 2009 , 16 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-xos-tamasa
Use ← → keys to move, R for a random poem
More by this author
Yağlı əppək olub göyə çəkilsən,Mən səni axtarıb göydə tapardım.
Günəşin doğmasıQorxmuram gecənin qaranlığından,Bir azdan dünyanın rəngi dəyişib,
Çəmən olsan, çiçəyini dərərdimÜz-gözündən Tanrı nuru tökülür,Durulanıb bulaqdanmı gəlmisən?
Ağaca çiçək ver, çiçəyə bar verBulağı gözündən eyləmə, Tanrım,Gözü qurudusa, kor deyəcəklər.
Poems by other poets · Divine love
Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Ədalətİzhar ola gər pərtövi-ruxsari-ədalət,Dünyanı tutar büsbütün ənvari-ədalət.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri