İgidi atından ayrı sal – yaşamaz,İnsanı zatından ayrı sal – yaşamaz,Ürəyi odundan ayrı sal – yaşamaz,Çinarın ruhunu, palıdın kökünüTorpağın qatından ayrı sal – yaşamaz!

Dədələr Qorqudtək dədəni yaşadar,Gələni itirməz, gedəni yaşadar.Vətəndaş olanlar Vətəni yaşadar,Qeyrətli dünyanı çiyində gəzdirər,Qeyrətsiz nə səni, nə məni yaşadar!

Oğul ol, od qoru, ocağın yaşasın,Kökünə arxalan, budağın yaşasın.Məsləkə sirdaş ol, bayrağın yaşasın,Günəş ol, səhəri sevgiylə qarşıla,Yağış ol, yerə hop, torpağın yaşasın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland