Yuxuda ağ köynək geymişdim, ana
Tez-tez kəndimizdə yuxu görərdim,Yozardım hər şeyi olduğu kimi.Sənin fikirlərin, düşüncələrinMəni duruldardı axar su kimi.
Yuxuda ağ köynək geymişdim, ana,Ağ köynək ağ günün ağ yollarıymış.Köynək üstündəki yaşıl zolaqlar,Qoynunda gəzdiyim dağ yollarıymış.
Yuxuda bir ağ at minmişdim, ana,Gör hara çatdırdı bu ağ at məni.Vaxtında yetirdi mənzil başına,Yollarda qoymadı bu həyat məni.
2001, 12 iyun Vaşinqton
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yuxuda-ag-koynek-geymisdim-ana
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Yaxşı oğul, yaxşı ata yerindəMin yaşasın qədir bilən övladı,Ana vüqarıdı, ata imdadı,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,