İllərlə özünə ailə qura bilməyən, evsiz-eşiksizqalan, üzünün, başının tükü bir-birinə qarışan,gecələr küçələrdə yatan insanlar da gördüm

Bədbəxtlik deyilmi, oğul olasan,Bir qız dodağında adın olmaya.Kişilik yanından xəbərsiz keçə,Nazınla oynayan qadın olmaya.Səninçün ləzzəti itə dünyanın,Damağın olsa da, dadın olmaya.Bir yuva qızdırıb, yurd isitməyə,Ocağın olmaya, odun olmaya.Bədbəxtlik deyilmi, puç yaşayasan,Yaşadım deməyə dilin gəlməyə.Bədbəxtlik deyilmi, belə bir ömrünBaşına bir paslı güllə çaxmağaBarmağın titrəyə, əlin gəlməyə.

2001, 11 iyun Vaşinqton

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets