Kitablar kitabıvermişəm sənə,Çəkinmə, ürəkləaç kitabımı.Sandıqda saxlama,hücrəyə qoyma,Duyan könüllərəsaç kitabımı.

Başa düş, dərk eylə,divanə keçmə,Gör necə alışır pərvanə,keçmə.Bir sətrin yanındanbiganə keçmə,Oxu kəlmə-kəlmə,keç kitabımı.

Sağlam bir düşüncə,saf fikir olar,Oxuyan çevrilərocaq, pir olar.Mənim dediklərimmində bir olar,Min kitab içindəseç kitabımı.

Bir incə mətləbdi,bir köklü sazdı,Bir şair qələmiyazdıqca yazdı.Onu kitab kimioxumaq azdı,Çeşmə sularıtəkiç kitabımı.

2010, 13 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets