Zəlimxan
Rahatlıq verməyib şairə Allah,Hər gün öz ömrünü çapar Zəlimxan.Buluddan sıyrılar ildırım kimi,Dağdan qaya kimi qopar Zəlimxan.
Qalxar dan yerindən, günəştək doğar,İşığı, zülməti parçalar, boğar.Nur kimi süzülər, yağıştək yağar,Torpağın bağrına hopar Zəlimxan.
Bir əli yazdadı, biri qışdadı,Gündə bir mənzildə, bir yarışdadı.Bütün ömrü boyu axtarışdadı,Çətin itənləri tapar Zəlimxan.
2000, 22 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-zelimxan-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Göydə uçan o boz quşlarGöydə uçan o boz quşlarTelin qədrini nə bilər?!
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.