Sən ey könlümün dostu, sirdaşı,Niyə küsürsən hər qədəm başı?Gəl ətəyindən gözəl, tök daşı,Mənim öz gülümsən,Şeyda bülbülümsən,Nə olar bir yolÜzümə gülsən?

Azərbaycanın çoxdur gözəli,Maral baxışlı, sözü məzəli,Sən mənim yarım, ilkim, əzəlim.Mənim öz gülümsən,Şeyda bülbülümsən,Nə olar bir yolÜzümə gülsən?

Hər görən deyir Ceyrandır, sənə,Bütün bu aləm heyrandır sənə,Zeynalın canı qurbandır sənəMənim öz gülümsən,Şeyda bülbülümsən,Nə olar bir yolÜzümə gülsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets