Ey şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,Mənidə rümuzi-dəhənin elmi müəmma,Sən kimi tapılmaz büti-zibə sənəm əsla,Hər zib sənə sünü-xuda belə mühəyya,Daxi nə bəzənmək

Məşatə nə lazım sənə, ey afəti-dövran,Kim ayinəni eyləyə sən hüsnünə heyran,Nazik üzünə qazə nigah etsə düşər qan,Qoysun gözünə sürməsini əhli-Sifahan,Çeşmi-siyahın kim alar hər işvədə yüz canDaxi nə bəzənmək

Bəzm içrə yüzündən götürən dəmdə niqabın,Qanını ləbin şüşəyə tutdu mu nabın,Başına hava gəldi qədəhlərdə hübabın,Bitab düşüb saqi nə mümkün verə tabın,Yıxdın evini mən kimi yüz xanəxərabınDaxi nə bəzənmək

Basanda qədəm naz ilə seyr etməyə bağa,Ruyin gülü səhraya qovub lalənı dağa,Gər bərgi-hinna düşsə əcəb yox əl-ayağa,Şayəstə deyil ağ vərəq al yanağa,Gündüz günə bənzər gecə mehtab çırağaDaxi nə bəzənmək

Ey qaməti sərv ləbi qönçə ruxi lalə,Göz mərdəməyi məhv üzündə xətü xalə,Zülfi-siyahın mah üzün dövrinə halə,Peyvəstə qaşın tə'nə vurar göydə hilalə,Kim görsə, deyir səlli-əla belə cəmaləDaxi nə bəzənmək

Nöqtəndə Məsiha dilər asari-məqalat,Ol Xızr kimi ab dəlilə rahi-zülmat,Səndən aparır feyzi-bədən mürdeyi-mirat,Heyhat bu növ ilə nəzirin ola heyhat,Mehtab kimi aləmə məqbulluğun isbat,Daxi nə bəzənmək

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri