Maral gözlüm
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,Çox çox cəfalar çəkrəm,Səndən ötrü maral gözlüm
Ayrılıq yamandır yaman,Ey yüzü gül, sərvrəvan,Bülbül tək eylərəm əfğan,Səndən ötrü maral gözlüm
Sənsən ömrümün çırağı,Çəkrəm sinəmə dağı,Ovçu tək gəzərdim dağı,Səndən ötrü maral gözlüm
Qurbanam sən kimi yarə,Bir nəzər qıl bu bimarə,Günümüz qarədir qarə,Səndən ötrü maral gözlüm
Qamətim oxşayır dala,Gəlmənəm mən heç xəyala,Hamidəm eylərəm nalə,Səndən ötrü maral gözlüm
Kitabxana.az · https://kitabxana.az/works/hamid-el-sairi-maral-gozlum
← → düymələri ilə keçid, R — təsadüfi şeir