Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,Həsrətin narına yandım, kül oldum,Ahu gözlüm, nə haldayam, gör məni

Nə səbrə taqətim var, nə dildə qərar,Könül məcnun olmuş Leylasın arar,Vaz keçirsəm səni yad eylər sarar,Gör necə abdal elədi ar məni

Mən sadiq aşiqəm, hiylə bilmərəm,Hər cayı dəyiləm, üzə gəlmərəm,Yar yolunda heç sevdadan dönmərəm,Saf dərunum aləmə et car məni

Aşıq Qərib, könüllərin oğrusu,Keçər demiş bu sevdanın ağrısı,Sənə mən söylədim sözün doğrusu,Al əfəndim, gəl əfəndim, sar məni

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq