Gün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,Müjganları dəydi, bağrımı dildi,Daxi neyləyəcək o kitab mənə

Qayıdıb cananı mən bir olaydım,Heyrətdən qurtarıb hala gələydim,Qoyaydın yarıma qurban olaydım,Bimürvət niçün səpdin ab mənə

Nazlıca dilbərim, üzünə gəlmən,Eşqin sövdasından özümü bilmən,Bu dərdi sən verdin, daxi ayılmən,Gündüz qərar gəlməz, gecə xab mənə

Cəmalın şövqündən oldum sərsəri,Gözümün şö'ləsi əqlim pərgəri,Biçarə Xurşidin oldun dilbəri,Tapa bilmən səndən qeyri bab mənə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq