Nə gözəl, mənalı, oxu, sən də bax,Bir qəzəl yazıbdı sədəqə "sin"nən.Deyirlər gəzməyə gedirmiş ancaqAğa nökəriynən sədəqəsinnən.

Vəfalı yar, mənim meylim sənədi.Min doqquz yüz iyrim səkkiz sənədi.Qul olaram sənə, verrəm sənədi,Əgər versən hüsnün sədəqəsinnən.

İman görüb saqi, qədəh, cəm elə.Xaliq bir nəzərlə baxar cəm elə.Otuz altıynan on yeddini cəm elə,Səsləsən, səs verər səd ağa sinnən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq