Baxın
Huş verin kalama siz,Belə bir zamana baxın;Aləmə qərar qoyanƏkbəri-sübhana baxın;Fərş olan cəlalətə,Zinəti-cahana baxın;Çarxı-dövran nizamına,Ərzlə asimana baxın;Qüdrəti-ilahiyə,İns ilə heyvana baxın.
Axtarın tavarixi,Tapın büsati-ləngərin;Necə keçibdi dövrlər,Bilin qəzayi-sərsərin;Ərş, kürs, lohi-aləm,Qələm yazan xəbərlərin;Xəlq eləyibdi Adəmi,Yazıbdı hali-dəftərin;Çox olan binasına,Axırda virana baxın.
Şəmsi Qəmər salırİşıq bu çarxı-əxzərə;Qətrələr coşub gözəl,Hökm olunur əbrlərə;Moc ilə nida qılır,Yağır buluddan hər yerə;Ol günü yada salın,Qəzəb etdi bəhrü bərə;Nuha, həm gəmisinə,Qarışan tufana baxın.
Oxudun keşişlərə,Görün nizami-İncilin;İsaya nə zülm olub,Deyirdi milləti dəli;Çıxartdı dardan aşikarGəlibdi əvvəl sincili;Firon deyirdi allaham,Məxluqat deyirdi bəli.Firona dəryaya, həmMusa bin İmrana baxın.
Zəbura nəzər salın,Oxudun Davud əhvalın;Qırx oğul fəda verib,Tutub haqq ilə xəyalın;Gör necə kərəm kamƏydi onun qəddi-dalın;Axırda rəhm ilə baxıb,Düzəltdi möhkəm cəlalın;Bəxş eyləyib Süleymanı,Eylə hökmrana baxın.
Xaliqin nizamamKim deyir yetirrəm başa;"Kün" deyib, xəlq eləyib,Qərar qoyub dağa, daşa;Min ilə katib yaza,Zərrəcə olmayır haşa;Nəmruda, Şəddata bax,İbrahimə qıl tamaşa;Haqq yolunda şövq iləVerdiyi qurbana baxın.
Qırx min il bu dünyadanQabaq yaradıb Əhmədi;Ol vücüdi-əvvəlinXətmi-Rəsul Məhəmmədi;İbni-əmmi-Mustafa,Şiri-dilavər Əsədi;Cismimə nəqş eləyibHəmdi - Allahüssəmədi,Vəsflərində zikr olanAyeyi-Qurana baxın.
Ələm zalikəl-kitabıLareybə fihi hədən;Axırda xəcalətdiBelə kalamı tərk edən;Kaf ha ya eyni satTaha və yasində gedən;.........onunÖvladı bərhəqdir nədən;Beylə bir cəlal ilənVəsfi o sultana baxın.
Şöleyi-camalınaXətm olunubdu vəzzüha;Misilsiz vücudunaNazil olubdu qulkəfa;Qəlbinə şəbahətdirVəlnəcm iza həva;Sat vəl quranidəMüsdərdi həm qıl innəma;Halətada vəsf olanOl Şahi-Mərdana baxın.
Mədh ol mövlalərəYetirin huş siz həmin;Cəngdə nüsrət tapıb,Fəth eləyib Xavərzəmin;Kim deyirdi bir dəfə"Allahi-əkbər", bil, yəqin,Zülfüqarı çaldı bəs,Açdı bizə dini-mübin;Qətl olan kəfərlərə,Həm cəngi-tüğyana baxın.
Hər işin tamamınaYetişmək olmaz, müxtəsər;Bir ilahi olmasa,Dünya olardımı məgər;Həm ölür, həm dirilir,Gərdişi durur sərbəsər;Bir dənə milçəkcə, görYaratmağa yoxdur hünər;Aləmi əldə tutub,Xəlq olunan cana baxın.
Qafil olma, gəl ayıl,Millət, oyan, qan işlərin;Vur başa, təfəkkür et,Axtargınan gərdişlərin.Səhl sanma, axırdaXaliq bilir hər işlərin.Nəzmənin büsatınaVergilən huşü guşlərin;Dünyada bir qəhr çəkənBu Novrəs İmana baxın.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-baxin-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
Əfsus, günüm keçdi şərü şur ilə daimƏfsus, günüm keçdi şərü şur ilə daim,Gəldi dəmi-rehlət.
کاهلی در گوشهای افتاد سستخسته و رنجور، اما تندرست