Həsrət ahu kimi gözüm intizar,Xab içində Mürtəzanı görmüşəm.Sağında, solunda neçə min mələk,Bu nişanda şövkət-şanı görmüşəm.

Görmüşəm xudanın əsil şirini,Təkcə o bilirdi dünya sirrini.Nə qədər axtarsan dəyaz-dərini,O verəndi çox fərmanı, görmüşəm.

Həm mövla görmüşəm, həmi cananı,Heyf ola, bilmədim nədi gümanı.Həsrət, intizarlı qoydu İmanı,Ahu nalə, mən fəqanı görmüşəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran