Bilginən
Əzizi-mükərrəm, du nuri-eynim,Oxu dərdim, mətləb ara, bilginən.Könlüm istəklisi, arizü deynim,Uzaq düşdü səndən ara, bilginən.
Kani-kərəmindən qadiri-qəffarNəzər salsa, uzaq yolları açar.Gecə-gündüz dildə iltimasım var,Yalvarıram kirdigara, bilginən.
Elə bilmə, unutmuşam mən səni,Fikrin hərdən dərdə salır bəndəni.İncimə, bu yerdə bağışla məni,Düz çıxaram etibara, bilginən.
Xoş günləri gedib, dönüb zamana,Kəmənd atır hər tərəfdən insana,İşi düzəlmir ki, baxsan hər yana,Salır ləngə, çəkir dara, bilginən.
Həbibim, səslərəm Həbibullahı,Yetişsin dadına şahların şahı!Təkcə nicat versə o din pənahı,İman gələr o diyara, bilginən.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-bilginen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Səksənib oyandım gecə tən yarı,Dağıdıb tökürdü aləmi külək.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Sənə keşik çəkirəmSən yatırsan bu saat,mən oyağam bu saat.