Çadırlar
Səksənib oyandım gecə tən yarı,Dağıdıb tökürdü aləmi külək.Şaxta çatdadırdı daşı-divarı,Ağaclar əsirdi nalə çəkərək.
Çadırlar dayandı gözüm önündə,Yanıq yarası tək göynək çadırlar.İpdə sıralandı gözüm önündəLap suyu süzülən köynək çadırlar.
Yatağıma dolan közmü, qardımı?Yanıram, donuram, bilə bilmirəm.Mən bu humanitar gələn yardımıVur öldür... sədəqə ala bilmirəm...
Çadır şəhərciyin nəvə sakiniQonur qucağında yumaq nənənin.Bu gün qar ağartmır xalqın saçını,
Ağardır düşmənə qəzəbi, kini.
Ağardır tərsinə silləyə gələnQeyrətsiz cavanın yanağı bu gün.Tribunal hökmüylə gülləyə gələnFərarisi bu gün, qorxağı bu gün.
Biz hoydu deyirik, birləşin, daha,Külək cövlan edir çadır içində.Millətin ümidi qalıb allaha,Ümid də it-batdır çamır içində.
Yox, yox, səhv elədim, nə desən itər,Ümid itə bilməz dumanlarda da.Ayın-günün nuru hər axşam-səhər,İşarar qaranlıq zindanlarda da.
Soyuq çadırlarda gəlin-analar,Basıb körpəsini bağrına, yanır.Fikrim pərakəndə, ruhum tarimar,Şerimin tüstüsü ərşə dayanır.
Soyuq çadırlarda bir stəkan süd
Rəvayətli olub, nağıllı olub.Qəzetlər dop-dolu nəsihət, öyüd,Hamı alim olub, ağıllı olub.
Odur tüstülənir tək-tək samovar...Çadır məskənlərin qapılarında,Tərk edilmiş yurddan təkcə yadigarYurdun sızıldayır intizarında.
Yaylaq söhbətidir çadır, alaçıq...Mən onu neynirəm qarda-boranda.Yazda yamaca çıx, yayda yola çıx,Çadırda xoşhallan dolu yağanda...
Min-min yardım əli uzanır bizə,Görməsə kor olsun nankorun gözü,Ancaq, dağ çəkmirmi ürəyimizəÇadıra bürünmüş hərami düzü?
Çadıra bürünüb milim-muğanım,Əlvan qutularda naz-ne’mət gəlir.Qana qan! - deməkçin, Azərbaycanım!
Yeşikdə de kimə rəşadət gəlir?!
Yağır çəpəki qar, doğrayır sazaq,Sətəlcəm sinələr xırhaxırdadır.Çadırda dünyaya göz açır uşaqQoy millət çoxalsın, vətən dardadır.
Çadır mühitinə vərdiş etmə dur!Sən ki, dərd əlindən çıxmısan dağa.Özün bir nöqtə qoy, bir nöqtə qoydur,Bu gün - bu güzaran, bu yaşamağa.
Uyuma, uyusan qarda donarsan!Müdhiş rahatlığın ləzzətindən qaç!Axı bu torpağın çoxunda varsan,Azı çoxnan qaytar, çoxuna yol aç!
Yardım ayağıyla, yardım əliyləBu yol bir qarış da açılan deyil.Bu yol açılacaq xalqın əliylə,Bu badə yad əllə içilən deyil.
Fəqət həqiqətdir bu gün çadırlar,
Başımın altında balış yox, daşdır.O üzgün qaçqınlar, süzgün çadırlar,Tariximdə yaddaş, gözümdə yaşdır.
14 dekabr, 1993
Kitabxana.az · https://kitabxana.az/works/qabil-cadirlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göylərin ürəyi nə yaman dolub,Tökür sinəmizə göz yaşlarını.
Tufan səsiQayalara dəyən dalğaToza dönüb sovrulur.
Bircə yerSilindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,
TellərÇalın-çarpaz sümüklə, kəllə şəklinə bax sən,O, bizə: - qorun, - deyir təhlükədən, ölümdən;