Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,Anasız, babasız gəzdim ellərdə,Bən ağlamiyem, kimlər ağlasın.

Bir yandan ğəm gəldi, bir yandan farağ,Qaldım qürbət eldə, Vətənim irağ.Qürbət eldə nasıl yaşiyağ, durax,Bən ağlamiyem, kimlər ağlasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət