Çıxa-çıxa çıxdım dağlar başına,Duman dağlara nə gözəl uymiş.Şükr elədim haxdan gələn əmirə,İman möminlərə nə gözəl uymiş.

Dügündə-bayramda edərlər zinət,Haqq bizə buyurdi farz ilə sünnət,Kafirə cəhənnəm, islama cənnət,Nalet kör şeytana nə gözəl uymiş.

Səfili der, İncil endi İsaya,Dil verildi əlindəki əsaya,Zəbur Davuda, Tövrat Musaya,Quran Məhəmmədə nə gözəl uymiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri