Aləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur

Gah maliki-mülki-həft iqlimə bir məmluk olur,Kim onun hökmünü yüz min sahibi-fərman tutur

Gah bir hinduyi-müqbil əl tapar Çin mülkünə,Gah bir rumi sərasər xitteyi-İran tutur

Gah olur məhrəm, hərimi-vəsldən məhrum olur,Gah bəzmi-vəslə məhrəm guşeyi-hicran tutur

Bəzmi-dövran xali qalmaz, hər gələn durmaz, gedər,Ey basa, bu bəzmdə Arif yerin nadan tutur

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran