Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et

Mənə rəhm etməz ol, dərd üzrə dərdim artır gündə,Onu bir dərdi-bidərmanə mən kimi giriftar et

Məni məhrum qıldı yarımın ruxsarına yüz gəz,Onu ya İlahi daima məhrumi-didar et

Mənim hər ləhzə eylər bağrımı qan ol sitəmpeşə,Onun yarını əğyar kimi, ya Rəbbim, sitəmkar et

Ömürdən qalsa gər bir ləhzə, Arif, özgə fikir etmə,Onu sərfi-duayi-izdiyadi-ömri-dildar et

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq