Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılar
Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Öz qəmin hərgiz yeməz dərviş əgər dana ola,Ah, nadan padşah daim qəmi-aləm qılar
Kafirəm dünya və mafiyaya gər meyl etsəm,Xanlığa, sultanlığa rəğbət məgər adəm qılar
Kim ki görsə yar gözün, cənnət etməz arzu,Hansı kafirdir ki cənnət xahişin bir dəm qılar
Arifin könlü olur dərhəm-pərişan zülf tək,Hər zaman zülfünə canan şanəni məhrəm qılar
Kitabxana.az · https://kitabxana.az/works/arif-sirvani-qezel-ebleh-oldur-kim-cahan-mulkunde-daim-qem-qilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
Qəzəl: Könül sirrinə hər kəs məhrəm olmazKönül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz
Qəsidə: Ey mənə tənə vuran Mustafa xan ŞirvanEy mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan
HəcvNəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək
Başqa şairlərin şeirləri · Eşq
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Belə əhd eyləmişəm, ey bacı, cananım ilənBelə əhd eyləmişəm, ey bacı, cananım ilən,Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.