Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.Məgər məsti-meyi-vəsl ola könlüm bəzmi-işrətdə,Vəgərnə ol qədər keyfiyyəti yox badeyi-minanın.Degilsə qiblədən məqsud qədü qamətin görmək,Nədür bəs sana qarşudur zövqi-məscidə mehrabın.Mana fərmanın olmaq urdu lütf qılma eylərsən,Nədəndü iltifatı o taqi-fərmanə qəssabın.Mənim tək çərx əlindən hər zəman dönüb fəğan eylər,Keşişdən bir havadardur məgər başında dolanın.Nə nan kənar basar xublar mənim tək aşiqə talib,Əcəmidədir tələbkarı çox olsa cinsi-kəmyabın.Cünundin Sadiqi ol bəzmi-eyşin padşahidür,Kim, onda fərq yox xakistəri-gülxənlə sübhanın.
Kitabxana.az · https://kitabxana.az/works/sadiq-bey-efsar-gosterdi-tigi-hicran-risteyi-omrunu-ehbabin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəhr dərmandələrdən müşkili asan eylər,Hicr ilə dərd birdir, vəslilə dərman eylər.
Hər nəfəs gündin yədi-beyza edər izhar sübhHər nəfəs gündin yədi-beyza edər izhar sübh,Belədür dəvayi-ecaz etsə Musavar sübh.
Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadıAğlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı,Başa urmaqdan əlimdə ixtiyarım qalmadı.
Dün urub vaşilə bən xəstədili şad etdünDün urub vaşilə bən xəstədili şad etdün,Yaxşı bardun ki, bozuq könlümü abad etdün.
Başqa şairlərin şeirləri · Eşq
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Eylər-eylərAy camaat, xəstə düşüb ölürəm,Dərdimə dərmanı yar eylər-eylər.
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandırBilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.