Dərddin xanəvü beyt tutdum eymən cananın,Xəncərin çəkdi miyanından ki, budur dərmanın.Bəni-qəribi səgi-kuyin eşigindən qavdı,Bu vilayətdə məgər qədri budur mehmanın?Sinədən gör yolu tutdu sirişkim yerinə.Dəmbədəm suzi-dilimdən iritin peykanın.Qaşların payi xəm olduqca dəgər sinəmə ox,Olmayımmı məni-sərgəştə sənin qurbanın.Gözlərin mərdümi mərdümlük edib mane olur,Hər qaçan qətlim üçün tiğ çəkər müjganın.Kərəm etdin qəmu əğyarə vüsalın nəqdin,Padşahım, qanı dərvişlərə ehsanın?Biqərar etdi fələk dönə-dönə Sadiqini,Şimdi bildim ki, qərarı yox imiş dövranın.>

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran