O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.

Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum,Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım.

Məna şümşad sərvi, bağban, ərz etmə kim hərgiz,Yoxumdur meyli-gülşən qaməti-tubadan ayrıldım.

Nolur şamü səhər ney tək sızıldar sineyi-zarim,Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım.

Məqtə — şairin təxəllüsü olan son beyt. Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim,Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Hicran