Aylar, illər həsrətini çəkərdim,

Şükür yetdim vüsalına, sevdiyim!

Müştaqinəm, canı qurban eylərəm,

O xəttinə, o xalına, sevdiyim!

Eşqin elə bu könlümə fənd elər,

Danışdıqca göftarını qənd elər,

Zülfün ilə hüsnün birdən bənd elər,

Xəyalımı xəyalına, sevdiyim!

Səndə vardır belə şanü şövkətlər,

Həsrətini çəkər mahi-təl’ətlər,

Sən bir xoş behiştsən, qəmzən zinətlər,

Nə fərq elər əhvalına, sevdiyim!

Eşqin məni gündən-günə qeyr elər,

Səni sevən əlbəttə ki, xeyr elər.

Bax çıxarmış şükufələr seyr elər,

O yaşıla, o alına, sevdiyim!

Səni mənə bəxş elədi zamana,

Yaxşı olan nəsib olmaz yamana.

Vidadiyəm sinəm gəldi nişana,

Bir ox atdım iqbalına, sevdiyim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq