Oldu
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,Mənimlə əhdü-peyman edən yarİndi tərki-sərim qılacaq oldu
Məndən incib gül yüzlü yarım,Heç bilmənəm könlün nə ilən alım,Ey ağalar, batsın mənim iqbalım,Yar yar ikən əğyar olacaq oldu
Məndən yüz döndərmiş yara bax yara,Gör məni salıbdır nə ruzigara,Gələn yox, gedən yox, kəsildi arə,Yarım dost kuyində qalacaq oldu
Yarın ayrılığı yandırır bizi,Sərasər bağrıma düzübdür gözi,Ey ağalar, kimə dim bu sözi,Vallah, bu dərd məni alacaq oldu
Mən çəkərəm işvə ilən nazını,Gəl gör canda artdı dərdi-əmrazın,Götür niqabın görüm yüzünü,Məqsud bu dərd ilən olacaq oldu
Kitabxana.az · https://kitabxana.az/works/meqsud-el-sairi-oldu
Başqa şairlərin şeirləri · Eşq
باحذر باش که از مست کسی طرف نبستهست
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,