Oynar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Töküb siminuzər üzrə xəməndərhəm siyah zülfü,Sanasan piçü ta bilə gəzər gənc üstə mar oynar.
Səhər ki, sürməsə gözlər nigahi şuxilə bənzərÇıxıb gülzari-Çin üzrə bir ahuyi-Tatar oynar.
Üzündə xali-mişgini tutubdur kişvəri-hüsnü,Səriri-hüsndə daim olubdur şəhriyar oynar.
Həmişə əhli-hal ilə fələk dövrü-müxalifdir,Çəkər rəndü təəb bülbül, gülün dövründə xar oynar.
Görüm şad olmasın ya rəb, rəqıbı-bədsiyər daim,Görə üşşaqlər halın, gülər leylü nəhar oynar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Əya Məhzuni-dilxəstə, nədir güftar sərbəstə,Yarın qoynunda limudur və ya sübhü nəhar oynar.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ismayil-mehzun-oynar
Başqa şairlərin şeirləri · Eşq
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Bir-bir çəkMəni bir salatın dəvət elədi,Dedi: oğlan, al badanı bir-bir çək
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Batan günəşSən beynimdə doğan qığılcımdan od aldın,Ey ruhumu, eşqimi yetim buraxan günəş,