Batan günəş
Sən beynimdə doğan qığılcımdan od aldın,Ey ruhumu, eşqimi yetim buraxan günəş,Sən gedəli ömrümə fırtınalar oldu eş…
Nerdə, hanki bir üfqün dərinligində qaldın,Bu doğrumu qəlbimi dondurdu bir buzlu əl,Ya bu nədir könlümə saplanıb qalan əməl?..
Aşiqlərin bir daha səni bulmasın deyə,Bu doğrumu keçdigin yerləri yıxdı, yaxdı,Ya bu nə, arxan sıra qanlı izlər buraxdı?..
Deyirlər ki, varlığın qarışdı bir kölgəyə,Bəs bu nə, məhbus kimi içimdə çırpınan can,Sənmisən, qərib Vətən, sənmisən Azərbaycan?
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-batan-gunes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.
Parisə xitabEy quduz atlasların yaxasında qıvrılan,Alovlu Fransanın damarlarını soran,
Potyomkin“POTYOMKİN”*(Tarixi poemadan bir parça)
"Pravda Vostoko"yaYadındamı, on il əvvəl doğulduğun zamanlar,O zamanlar sənin səsin böylə şaqraq deyildi.
Başqa şairlərin şeirləri · Eşq
Ey tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Yanında dilbərimin etibarım olmasa daYanında dilbərimin etibarım olmasa da,Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram