Yanında dilbərimin etibarım olmasa da,Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.

Bədəndə yarı canım qalmayıb, gedib yarım,Gərək dözəm qəmi-hicranə, yarım olmasa da.

Günüm ki, tar olub o zülf əlindən, ey tari,Tərənnüm eylə, səni tari, tarım olmasa da.

Üzün xəyali bəsimdir behişti-kuyində,Yüz il xəyalıma gəlməz, baharım olmasa da.

Ləbinlə məst gözün hər düşəndə xatirimə,Şərabə rəğbətim artır, xumarım olmasa da.

Mənim bir ahim ilə şəmlər yanır gecələr,Toxunma, şöleyi-eşqəm, şərarım olmasa da.

Kəməndi-zülfilə, Vahid, özüm şikar oldum,Mənim o ahu baxışlı şikarım olmasa da.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq