Bir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,Guşeyi-külahım fəxri-namədən,Çərxə dəyib Məsihayə yetişdi.

Şahbaz aləmsən istərəm səni,Allahı sevirsən unutma məni,Guya ki Yusifin gül pirəhəni,Gəldi Yəqub binəvayə yetişdi.

Sən qərib Aşığın qibləgahısan,Məlahət mülkünün padşahısan,Aşiqi-sadiqin sən pənahısan,Səadətin Süreyyaya yetişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq