Mürəbbe: Gəldi qasid dedi mən biqərarə
Gəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,Şöleyi-ahı Süreyyadan keçibdi,Gecə nə aramı, nə də xabı var.
Bu xəbər ki yetdi mən dili zarə,Xalqdan özümü çəkdim kənarə,Ağlayıb yalvardım pərvərdigarə,Dərdimin nə həddi, nə hesabı var.
Nə xoş çəkib səni nəqqaşi-əzəl,Qəza şövkətinə verməsin xələl,Gözəllikdə sən sən şahi-bibədəl,Hər çənd fələk aftabı var.
Xəm qılıb qamətin fələk aşikar,Rüyəti-cəmalına çəkər intizar,Dolanır başına hər leyl-ü nəhar,Alnında təsəddüq mahtabı var.
Aşıq sirrin xalqa dastan oldu,Gün-bəgün əhvalın pərişan oldu,Sağlığına içdiklərim qan oldu,Nə qədər saqinin mey-nabı var.
Kitabxana.az · https://kitabxana.az/works/sari-asiq-murebbe-geldi-qasid-dedi-men-biqerare
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
BayatılarMən Aşıq, gözəl alma,Yemək gözəl alma,
Başqa şairlərin şeirləri · Fələk və tale
Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər,Kimi talibdi üqbaya, kimi dünyada mal istər.
UşaqlığımAltı ya beş yaşında təxminən,Tifli-məsumi, dilxərabi-həzin;
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Möhnətindən daima halım pərişandır, fələkMöhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!