Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdən
Salanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,Cəbrayıl gətirdi ərşdən nidanı,Mürsəl Məhəmmədə hər ayə yetər.
Di saqi, di məclis, deməzəm dərdi,Di xəstə, di şəfa, deməzəm dərdi,Təbib bilər dərdim, deməzəm dərdi,Sən dərman dedin, hər ayə yetər.
Tifl ağlar şir üçün viranə məndə,Hey olur ləbindən viranə məndə,Abadan səndədir viranə məndə,Bayquşlar çığrışır həriyə yetər.
Mən o yarın fitnəsi altı bilim,Yaşıl üstən geyən altı bilim,Allah və Məhəmməd altı bilim,Daim müşkül günü hər ayə yetər.
Aşıq məhşər oldu xəşmə varanda,Hər gəldi keçdi xəşmə varanda,Xeybərin üstünə xəşmə varanda,Zülfüqar əsərsə hər ayə yetər.
Kitabxana.az · https://kitabxana.az/works/sari-asiq-tecnis-salaniban-yaxsi-cixdi-qesrden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
می بنوش از عقده های عقل بیحاصل چه باکچون تو را مشکلگشا یار است از مشکل چه باک
Barişnalara dairEy gül, nə əcəb silsileyi-müşki-tərin var,Ahu nəzərin var!