Mən Aşıq qan ayağı,Qan alı qan ayağı,Aşıq bir şey görübdür,Üç başı on ayağı.

Mən Aşıq bir ata,Bir oğuldu bir ata,Qırx dəvə, səksən qatırYüklübdür bir ata.

Mən Aşıq içi dəri,İçinin içi dəri,Bu gün bir ləqmə yedim,Özü at içi dəri.

Aşıq bayı keçdim,Kasıb bayı keçdim,Altı camış, yüz keçi,Qucağımda çayı keçdim.

Mən Aşıq iki sinə,İki dal iki sinə,Bir ağacda beş almaGün düşmüş iki sinə.

Zülfün ucu gümüşdür,Sal boynuma kəmişdir,Yemişlərdə yarpaqsız,Tap gör necə yemişdir?

Dağlar mənə qar göndər,Əsir kimdə var göndər,Toxunmamış yaylıqdaDərilməmiş nar göndər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri