Vəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.Sənsiz mənim ağlamaq oldu münisim,Mənsur kimi qaldım darda gəlmədin.

Əydi qəddimi fürqətin məlalı,Necə xəm eylədi qaşın hilalı,Saldı məni dama zülfün xiyalı,Məni qoydu əşkbarda gəlmədin.

Mən elə Aşıqam, ey vədə xilaf,Nizeyi-ahımdan çərx olar şikaf,Belə olur, ay bimürvət nainsaf,Getdi əldən ixtiyarda gəlmədin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri