Mari-siyahi-zülfün edər xanə könlümü
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Tiri-bəlayə etdi hədəf aqibət məni,Ya rəb, görüm ki, seydvəş oxlanə könlümü.
Qəmzən çəkib xədəng, qaşın tir ilə kəman,Qanlı kimi çəkər hərə bir yanə könlümü.
Qoyma ki, şanə dil uzada tari-zülfünə,Allah üçün batırmagilən qanə könlümü.
Xalın həvası ilə könül qondu zülfünə,Axır əsiri-dam elədi danə könlümü.
Hər sübhlər bu xəstə dili xəstə eyləyirGahi nəsimi-sübh, gəhi şanə könlümü.
Məqtə — şairin təxəllüsü olan son beyt. Salarını qoyub qəmi-hicranda mübtəla,Rəhm eyləməz, edər yenə viranə könlümü.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-huseyn-bey-salar-mari-siyahi-zulfun-eder-xane-konlumu
Başqa şairlərin şeirləri · Eşq
Xalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
Badi-sabadənƏndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə