Badi-sabadən
Əndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,Vurdu sinəmə həm ox ü həm təyğ ü ciyadən,Bu ləşkəri-qəm gəldi mənə hicri-fənadən,Düşdüm ki cüda huri misal qaşı qaradən
Ay vay, nə yaman atəşi-hicrana yetişdim,Bülbül kimi şeyda olub əfğana yetişdim,Gülzarı gəzərkən bu biyabana yetişdim,Həm cəd misli vadiyi-viranə yetişdim,Göndər bizə yar rayihəni badi-sabadən
Sərkəştə mənəm qaşı kamanın ucundan,Züleyxa necə Yusifi-Kənanın ucundan,Səhra vətənimdir belə cananın ucundan,Məcnunda mənəm Leyli-zibanın ucundan,Çıxdı bu tənim çıplaq olub cümlə qəbadən
Həm cövr ü cəfa kəşdə olub ah edürəm ah,Həm könlümə əndişə düşür vəsl ola nagah,Bəlkə nə deyim yar biiqrar ola həmrah,Həm dildə təmənna gecə-gündüz o günəş-mah,Didarını istər bu könül barı-xudadən
Allah, nə məlal ilə məlamətdi bu hicran,Əndişə gəlür könlümə əlvan ilə əlvan,Bu dərdi-dilə halı olan sahibi-ürfan,Ay vay, Mələkballı deyir xəstəcə Qurban,Sən necə çəkərdin bu təvr dərdi-binadən
Kitabxana.az · https://kitabxana.az/works/malibeyli-qurban-badi-sabaden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
OlsunBir gözəl istərəm bu əvsafda,Gözəllər içində xubtər olsun.
Şöbədeyi-sərapaBir gözəlin vəsfindən bu zamanDanışam, dirəm, söylərəm xitab,
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Başqa şairlərin şeirləri · Eşq
Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Mənim eşqimNə ağırdır mənim eşqim, nə ağır,Bu ağır siqləti çəkməz divlər.
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Səni sevəndənEşqin bəzəyibdir yaşıl çölləri,Hələ ki, sevirəm həyat gözəldi.