Gənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.Hərdəm baxıb işvə verər nazilə,Çeşmi-xumarına qurban olduğum.

Zülfi-pərişanı tökub dalına,Canım qurban ağ yüzündə xalına,Yaxşı həyasına, xoş məqalına,Şirin güftarına qurban olduğum.

(Mələkballı Qurban) mayıl dişinə,Xəlvətxanəsinə, əlvan işinə,Cənnət heyvasını qoyub döşünə,Tazə narına qurban olduğum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq