Vücudnamə
Ərbəeyi-ənasir şeş cihətdənXəlq elədi məni qadir-i Ğəffar.Bir qətrə atadan endim anaya,Misalımda qırx gün elədim qərar.
İki qırx olanda həmraya döndüm,Üç qırxda bir mələk gördüm, səksəndim,
Dörd qırxda düzüldüm, beşdə tərpəndim,Altı qırxda oldum xeyli giranbar.
Yeddi qırx olanda gəldim cahana,Şad oldu bu işdən həm ata, ana,Cismi-xak xunda düşdüm fəğana,Qundaqdan beşiyə elədim süvar.
Ana pistanından nuş elədim zad,Yığılıb gəldilər qonum-qardaş yad,Cəddim silsiləsi qoydular bir ad,Dedilər fənada qalsın yadigar.
Bir yaşımda öz anamdan şir aldım,İki yaşda əkl-ü şürbə yönəldim,Üç yaşda danışdım, oynadım, güldüm,Qədd-ü qamət dörddə elədim izhar.
Beş yaşımda dəllək sünnəti çaldı,Oxumağa meylim altıda oldu,Yeddidə zehnimə zirəklik doldu,Səkkizdə Quranı elədim təkrar.
Doqquz yaşda şürü' etdim mənaya,On yaşımda getdim elmi yağmaya,On birində başım düşdü sevdaya,On ikidə eşqim oldu aşikar.
On üçümdə məclislərdə oturdum,On dörddə hər nə varsa götürdüm,On beşdə Allaha iman gətirdim,Fərz ilə sünnəti bildim nə ki var.
On altı yaşımda oldum xirdmənd,On yeddidə bir xanə elədim pəsənd,On səkkiz yaşımda oldum payibənd,Zövq-ü səfa ilə keçdi ruzigar.
On doqquzda əmdən oldum azadə,İyirmidə dərkəm oldu ziyadə,Otuzda bərq tək gəzdim havadə,Qırx yaşımda etdim zikri-kirdigar.
Əlli yaşda yarı etdim mənzili,Altmışda seçdim xar ilən gülü,Elə ki yetmişə yetirdim ili,Ağzımdan dişlərim töküldü pərkar.
Yetmişdən ötəndə düşdüm ah-vaya,Səksəndə əyilibən döndüm bir yaya,Doxsanımda pənah getdim əsaya,Yüz yaşımda haqdan gəldi bir azar.
Əriyib cəsədim tük tək incəldi,Əzrayıl gəlibən çəngini çaldı,
Mürği-ruhum aldı, bədən boş qaldı,Bəqa mənzilini etdim ixtiyar.
Yığılıbən ağlıyıbən duydular,Rəxti-vücudumu təmam soydular,Namazımı qılıb qəbrə qoydular,Nəkir-Münkər ilə oldum xoş güftar.
Sual edib məndən cavabın aldı,Bir neçə il cismim qəbrdə qaldı,Əmrilə İsrafil surini çaldı,Bildim qiyamətdir, çəkdim intizar.
Yığılıb şaha gəldik, quruldu divan,Şəfiim dərdimə elədi dərman,Mövlam qazi oldu, çəkildi mizan,Sirləri faş etdi o eybi-sattar.
Rəbbim şəfqət etdi, sıratı keçdim,Firdovsi-əlada Kövsərdən içdim,(Mələkballı Qurban) cənnətə düşdüm,Mövlamızı orada elədim didar.
Kitabxana.az · https://kitabxana.az/works/malibeyli-qurban-vucudname
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecə keçdi, dur ayağa, rəxt ü xabın vəqtidir,Tövbə istiğfara gəl indi səvabın vəqtidir
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Təcnis: Gözəl olan verir üzünə bəzəkGözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
OlsunBir gözəl istərəm bu əvsafda,Gözəllər içində xubtər olsun.