Ey qazılar, kimə qılım şikayətBir bimürvət məni candan eylədiDil şəhrində abadanlıq qoymadıMal və mülk və xanımandan eylədi

Kürdələnib baş verübdür məməsiBədirlənmiş aya bənzər sinəsiSallananda hər bir nazü qəmzəsiSanasan ki din imandan eylədi

Əcəl peymanəsi dolsun rəqibinSaralıban rəngi solsun rəqibinGörüm üzü qarə olsun rəqibinVəfalı yarımı məndən eylədi

Məgər olmaz gözəllərin beyətiHərcayılıq olur elə sənətiBülbülü öldürdü xarın töhmətiCüda saldı o gülşəndən eylədi

Zabitəm sərimi saldım sevdayəKimsə rəhm eyləməz mən binəvayəRəqibi dost bilüb saldıq arayəSəni məndən, məni səndən eylədi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri