Könül, qalx, durma, coş coş coşTök atəş, kəf kəf kəfMələklər oldu top top topQurubdur tazə səf səf səf

Məhəmməd, azca yat yat yatVar meraca min at at atCəbrayıl, durma get get getGəlir avazə rəf rəf rəf

Yüzündə hindu xal xal xalGeymiş yaşıl al al alDi mütrib, durma çal çal çalYaraşır sazə dəf dəf dəf

Bu dünya bir quru səs səs səsGəlir rəqib nəs nəs nəsDesəm şu xəlqdə pəs pəs pəsOlur şahbaza xəf xəf xəf

Zabit desə yar ox ox oxDemə lalay yox yox yoxGünah bi-had çox çox çoxEdə Fəyyaz əf əf əf əf

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri