Gəraylı: Aşiqlik peşəsin qıldım
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,Mənzili saldım iraqə,Yaxın yollardan ayrıldım
Təvəkkül qıldım Kərimə,Tuşdum, düşdüm dərimə,Bir hava indi sərimə,Bu xiyallardan ayrıldım
Gözlər dəstində minə,Yaxa çak, qanlıdır sinə,Oxşatdım zənbur evinə,Əcəb şanlardan ayrıldım
Yetmədi aşiq halına,Uyubdur dünya malına,Çar bölük tökmüş belinə,Zülfi-şahmardan ayrıldım
Şirvani odlara düşdüm,Dərdimin dəftərin açdım,Mina boylum, qələm qaşlım,Çeşmi-xumardan ayrıldım
Kitabxana.az · https://kitabxana.az/works/sirvani-el-sairi-gerayli-asiqlik-pesesin-qildim
Başqa şairlərin şeirləri · Eşq
Heyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Yalvara-yalvaraYarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.
Hər gedən gəlmiş,mənim ol qəmküsarim,Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.