Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.Getmiş idi ixtiyarım biləsincə yarımın,Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş.Mən bu dərd ilə əgər ölsəm, məzarə qoymayın,Üstümə ol tuti dilli şux nigarım gəlməmiş.Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb,Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş.Deməsin, Vaqif, əcəl kim, gəlsə məndən can alır,Kimdir ona can verən, fərmani-yarım gəlməmiş?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq