Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.
Afəti-dəhr deyər ol kəsə kim, kamildir,Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.
Mərd igidlər özünə məhbəsi meydan bilir,Sanma kim, nakəsü namərd bu meydanə düşər.
Eybdən saf çıxar, pakü mübərra görünür,Hər tila kim, küreyi-atəşi-suzanə düşər.
Piçü tabə düşənin işi, bəli, üzdə olur,Zülf bu vəchlə rüxsareyi-tabanə düşər.
Hər yaman yer ki, olur — yaxşıların mənzilidir,Ləl daş içrə, xəzinə dəxi viranə düşər.
Şəmi-qəm şadlıq əyyamına xoş ziyvərdir,Necə kim, xali-siyəh arizi-cananə düşər.
Ey Vidadi, qəmi-zindanə giriftar olmaq,Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşqə düşmək sənə düşməz, qocalıbsan belə dur,Belə işlər yenə Vaqif kimi oğlanə düşər.
Кто заболеет любовью к рассыпанным локонам — тотВ ямочки нежных ланит, как в колодец Юсуф, попадет.Кто совершенен, того постигают напасти судьбы,Так полнолунья краса постепенно к ущербу идет.Сильному духом — арена страданья, разлука, тюрьма,Лишь негодяй, недостойный, не ведая скорби, живет.Чистым и ярко блестящим выходит из горна металл.Пламя металл от изъянов очистит, но угли пожрет.Вот рассыпаются кудри, скрывая любимой лицо,Ибо лицо, как предатель, смятенье души выдает.Клады таятся в развалинах, так же для чистых душойЧасто бывает прибежищем всяческой скверны оплот.Так же, как черная родинка прекрасноликой к лицу,Радость украшена грустью и праздник — годиной забот.О Видади! На мученья разлуки тебя и меня,Словно Юсуфа-Канана, жестокий обрек небосвод.Ты ж для любви, для цепей ее стар,— отойди, Видади!Пусть молодой их Вагиф за тебя, за себя понесет.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-kim-ki-sevdayi-seri-zulfu-perisane-duser
← → düymələri ilə keçid, R — təsadüfi şeir