Ey həbibim, can gedir,Dərman tapılmır, neyləyək?

Dərdləri pünhan gedir,Loğman tapılmır, neyləyək?

Eşq ölür, dərd əhli birİnsan tapılmır, neyləyək?

Sürməyə qəm karvanımSarvan tapılmır, neyləyək?

Mirvarid, candan yananBir can tapılmır, neyləyək?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq