O ağıl, o kamal, sədaqət rəmziBənövşə fəslində tərk etdi bizi.Üstünə tökülən güllər ağladı,Ona ana deyən dillər ağladı.Analıq etdiyi neçə oğul, qız,Parlaq istedadlar qaldı anasız.O qüdrət timsalı, böyük sərkərdəAğladı, dözməyib bu acı dərdə.Tabutun üstünə əyilib başı,Güllərə qarışdı onun göz yaşı.Kişilər ağlasa ağlayar vətən,Zəriflər zərifi, Zərifəmiz sən –Nə ülvi qadındın, nə zəngin xilqət,Sənsiz gözü yaşlı qalan məhəbbətSənin şöhrət oldu təmiz adınaEşq olsun qüdrətli o sərkərdəninQəlbini fəth edən müdrik qadına!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar